Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər peyvənd edilmiş insanların da delta ştamını yaydığını üzə çıxarıblar  

Koronavirusa qarşı peyvənd edilmiş insanlar da delta ştamını həm ətraflarına, həm də peyvənd olunmamış insanlara yaya bilərlər.

PİA.az xəbər verir ki, bu barədə “The Lancet Infectious Diseases” jurnalı məlumat yayıb.

Nəşr iddia edib ki, koronavirusa qarşı peyvənd olunmuş ailədə deltaya yoluxma ehtimalı 25, peyvənd olunmayan ailələrdə isə 38 faizdir.

Alimlər bunu bir il ərzində yüngül formada koronavirusa yoluxmuş 621 britaniyalını müşahidə edərək müəyyən ediblər.

Təcrübənin nəticələri peyvəndlərin uğurlu olduğu ölkələrdə belə koronavirusun delta ştamının yoluxucu olduğunu deməyə əsas verir.

Tədqiqatçılar bildiriblər ki, peyvənd edilmiş xəstələr koronavirusa daha asan dözür və tez sağalırlar. Peyvənd olunmayanlar isə tez-tez infeksiyanın ağır formasından əziyyət çəkirlər.

Alimlər koronavirusun ötürülməsini dayandırmaq üçün peyvəndin vacibliyini qeyd ediblər. Təcrübə həm də tam peyvənddən sonra immunitetin üç ay ərzində ciddi şəkildə azaldığını nümayiş etdirib. Daha əvvəl bu müddət altı ay göstərilirdi. Bu səbəbdən mütəxəssislər peyvəndin tam kursundan bir müddət sonra üçüncü dozanın gücləndirici olaraq tətbiq edilməsinin zəruriliyini vurğulayırlar.

London İmperial Kollecinin mütəxəssislərinin fikrincə, gücləndirici peyvəndlər koronavirusun qarşısını almağa, virusdan bir ilə qədər qorunmağa kömək edəcək.

Bundan əvvəl, oktyabrın 30-da Avropa Şurasının rəhbəri Çarlz Mişel Romada keçirilən G20 sammitində deyib ki, Avropa İttifaqı gələcək pandemiyalara hazırlaşmalıdır. O hesab edir ki, bu məsələdə əməkdaşlığı gücləndirmək üçün beynəlxalq müqavilə lazımdır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Bu qan qrupundan olan insanlar daha çox yaşayırlar

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Əfsanəvi futbolçu Yohan Neeskens dünyasını dəyişib

Ən çox oxunanalar